Təhsil naziri Ceyhun Bayramov 23 Aprel - Milli Suverenlik ve Uşaq Bayramı Günü münasibətilə Yunus Əmrə İnstitutunun təşkil etdiyi canlı proqrama qatılıb. Təhsil naziri bu günün yalnız Türkiyə Respublikasının deyil, bütün dünyanın uşaqlarına hədiyyə edilən bir gün olduğunu deyib.
Təhsil Nazirliyindən APA-ya verilən məlumata görə, Ceyhun Bayramov ölkələrimiz arasında bütün sahələrdə, o cümlədən təhsil sahəsində mövcud olan əlaqələrin daha da inkişaf etdiyini deyib, qarşılıqlı əlaqələrin möhkəmləndirilməsi istiqamətində iki ölkə arasında hüquqi bazanın möhkəmləndirildiyini bildirib. Bu gün onlarla "Qardaşlaşmış məktəblər"in mövcudluğunu qeyd edən Təhsil naziri universitetlərin müxtəlif birgə və ikili diplom proqramlarının qurulması üzərində səylərini davam etdirdiyini deyib.
Ceyhun Bayramov bu günlərdə uşaqların təhsildən kənarda qalmaması üçün Azərbaycan və Türkiyə dövlətlərinin yaratdığı imkanları vurğulayıb və uşaqları bu gün münasibətilə bir daha təbrik edib.