"Ümumilikdə bütün dünyada vüsət alan pandemiya ilə bağlı sərnişindaşıma sahəsində də addımlar atılıb".
APA-nın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında Bakı Nəqliyyat Agentliyi İdarə Heyətinin sədri Vüsal Kərimli bildirib.
O bildirib ki, avtobus və sərnişindaşıma sahəsində martın 24-dən indiyədək 21 milyon 652 min sərnişin səyahət edib. Ekspress xətlər üzrə 7 avtobus xətti təmin edilib, 944 min sərnişin daşınıb.
V. Kərimli qeyd edib ki, pandemiyadan əvvəl 2000-2040 avtobus fəaliyyət göstərirdisə, hazırda 1700-1750 avtobus xəttə buraxılıb. Ekspress xətlər üzrə 105 avtobus fəaliyyət göstərir: "Artırılan marşrut xətləri üzrə əlavə sürücü tələb olundu, 103 sürücü işə qəbul olunub. Avtobus, qaraj və nəqliyyat mübadilə mərkəzlərində gündəlik dezinfeksiya işləri aparılır. Sürücülər tibbi maskalarla təchiz olunub. TƏBİB bütün daşıyıcılara və taksilərə metodiki vəsaitlər və təlimat verib".