2020-2021-ci illər üzrə "Yer səthinin məsafədən müşahidə xidmətlərinin təşviqi" layihəsinə qeydiyyat 30 iyun 2020-ci il tarixinədək uzadılıb.
"Azercosmos" ASC-dən "APA-Economics"ə verilən məlumata görə, layihəsinin əsas məqsədi "Azərbaycanda peyk vasitəsilə Yerin məsafədən müşahidəsi xidmətlərinin inkişafına dair 2019-2022-ci illər üçün Dövlət Proqramı"nda nəzərdə tutulan tədbirlərlə bağlı prioritet hesab edilən sahələr üzrə elmi tədqiqatla məşğul olan hüquqi şəxslərə və tədqiqatçılara texniki dəstəyin verilməsi, o cümlədən "Azersky" peykindən alınan məlumatlardan istifadə etməklə ölkə daxilində Yer səthinin məsafədən müşahidəsi xidmətlərinin faydasını təşviq etmək və inkişafına təkan verməkdir.
İştirakçılar aşağıdakı keçiddəki iştirak formasını doldurmaqla layihələrini reallaşdıra bilərlər.
Keçid: https://azercosmos.az/page-participant-form?lang=az.