Abşeronda maşın gölə düşüb, xəsarət alan var

Abşeronda maşın gölə düşüb, xəsarət alan var
# 06 iyul 2019 13:44 (UTC +04:00)

Abşeron rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Saray qəsəbəsindən Novxanıya gedən yolda qeydə alınıb. Rauf İbrahimovun idarə etdiyi "Mitsubişi" markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı gölə düşüb.

Qəza nəticəsində sürücü müxtəlif bədən xəsarətləri alıb.

Minik avtomobili qaldırıcı kranla sudan çıxarılıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR