Azərbaycanda nağdsız ödənişlərin həcmi kəskin artıb

Azərbaycanda nağdsız ödənişlərin həcmi kəskin artıb
# 26 iyul 2019 16:38 (UTC +04:00)

Bu ilin birinci yarısında Azərbaycanda nağdsız ödənişlərin ümumi kart dövriyyəsindəki payı 20,1% təşkil edib. "APA-Economics"in məlumatına görə, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) Ödəniş sistemləri və hesablaşmalar departamentinin direktoru Kəmalə Qurbanova AMB-nin təşkil etdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, cari ilin ilk yarısında ümumi kart dövriyyəsinin 2 mlrd. manatı nağdsız ödənişlərin payına düşüb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 58% çoxdur.

İlin birinci yarısında ümumi kart dövriyyəsi 10 mlrd. manat, kart istifadəçilərin sayı isə 6,7 mln. təşkil edib, əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR