Bu ilin yanvar-mart aylarında istehlakçılar Azərbaycanın pərakəndə ticarət şəbəkəsində əczaçılıq və tibbi malların alınmasına 144,7 mln. manat sərf edib.
Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, bu rəqəm əvvəlki ilin analoji ayları ilə müqayisədə 30,5% çoxdur. Təkcə ötən ay əhaliyə 53,4 mln. həcmində əczaçılıq və tibbi mallar satılıb ki, bu da fevral ayı ilə müqayisədə 5,1% çoxdur.
Qeyd edək ki, hesabat dövründə istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 1,6%-i əczaçılıq və tibbi malların alınmasına sərf olunub.