Ötən il Azərbaycanda 14 514 nəfər suçiçəyinə yoluxub

Ötən il Azərbaycanda 14 514 nəfər suçiçəyinə yoluxub
# 18 may 2020 15:07 (UTC +04:00)

2019-cu ildə Azərbaycanda 14 514 suçiçəyi ilə xəstələnmə halı qeydə alınıb.

Bu barədə Dövlət Statistika Komitəsindən APA-nın sorğusuna cavab olaraq bildirilib. Məlumata əsasən, xəsətələnənlərdən 7851 nəfəri kişi, 6663 nəfəri isə qadındır. Onlardan 12 188-i 18 yaşadək, 2326-sı 18 və yuxarı yaşda olan şəxslərdir.

Ötən il suçiçəyi xəstəliyindən ölüm halı qeydə alınmayıb.

Bildirilib ki, suçiçəyi ilə xəstələnmə halları daha çox Naxçıvan, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda qeydə alınıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR