Deputat: “Yaxın Şərqdəki müharibələrə qatılan azərbaycanlılar insan alverinin qurbanları kimi qiymətləndirilməlidir”

Deputat: “Yaxın Şərqdəki müharibələrə qatılan azərbaycanlılar insan alverinin qurbanları kimi qiymətləndirilməlidir”
# 19 may 2020 12:47 (UTC +04:00)

“Ermənistanın ölkəmizə təcavüzü nəticəsində minlərlə həmvətənimiz əsir götürülüb”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatının müzakirəsi zamanı deputat Fəzail Ağamalı deyib. 

O bildirib ki, bu insanların insan alveri qurbanı kimi qeydiyyata düşməsi üçün kifayət qədər əsas var: “Milli Koordinatora təklif edirəm ki, bu istiqamətdə işlər görülsün. Digər tərəfdən Avropaya miqrant kimi gedən insanlar da insan alverinə qarşı mübarizə predmetinə çevrilməlidir. Həmçinin Əfqanıstanda və Yaxın Şərqdə gedən müharibələrdə iştirak edən azərbaycanlı ailələr də insan alveri qurbanları kimi götürülməlidir”.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR