İtaliyada son bir gündə daha 420 nəfər koronavirusdan ölüb

İtaliyada son bir gündə daha 420 nəfər koronavirusdan ölüb
# 24 aprel 2020 20:20 (UTC +04:00)

İtaliyada koronavirus infeksiyasına yoluxma nəticəsində ölənlərin ümumi sayı təxminən 26 min nəfərə çatıb.

APA xəbər verir ki, bu barədə ölkənin Mülki Müdafiə Departamentinin verdiyi açıqlamada qeyd olunur.

Məlumata görə, son 24 saat ərzində yeni növ koronavirusdan 420 nəfər ölüb.

İtaliyada virusa yoluxmuş insanların ümumi sayı gündəlik 3021 artımla 192 994-ə, müalicə olunanların sayı isə təxminən 60,5 minə çatıb, son bir gündə ölkədə 2922 xəstə sağalıb.

Eyni zamanda, hazırda müalicə alan xəstələrin sayında azalma var, onların sayı 106 527 nəfərə çatıb ki, bu da cümə axşamı gününə nisbətən 321 nəfər azdır. Reanimasiyaya yerləşdirilən xəstələrin sayı da azalaraq 2173 nəfərə düşüb, bu isə ötən günə nisbətən 94 xəstə azdır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR