Bakıda 83 yaşlı piyadanı maşın vuraraq öldürüb

Bakıda 83 yaşlı piyadanı maşın vuraraq öldürüb
# 27 fevral 2020 09:18 (UTC +04:00)

Bakıda 83 yaşlı kişini maşın vurub.

APA-nın məlumatına görə, hadisə paytaxtın Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində qeydə alınıb. Şəhər sakini, 1993-cü il təvəllüdlü Mirhəmzə Ağamalızadə idarə etdiyi "BMW-745" markalı avtomobillə yolu piyada keçən 1937-ci il təvəllüdlü Ramiz Rəhimovu vurub.

Piyada 3 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdirilsə də, orada ölüb.

Faktla bağlı Suraxanı rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci( yol istismar qaydalarını pozma, zərərçəkmişin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR