Koronaviruslu xəstələrin tibbi tullantılarının idarə olunması üçün bölgələrdə utilizasiya mərkəzləri yaradılıb

Koronaviruslu xəstələrin tibbi tullantılarının idarə olunması üçün bölgələrdə utilizasiya mərkəzləri yaradılıb
# 19 aprel 2020 14:11 (UTC +04:00)

Azərbaycanda Tibbi Tullantıların İdarə olunması Proqramının icrasına ölkədə yeni növ koronavirus infeksiyasına (COVİD-19) ilk yoluxma qeydə alındığı gündən başlanıb.

Bu barədə APA-ya açıqlamasında TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

R. Bayramlı deyib ki, həmin proqram Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə icra edilir: “Bu tibbi tullantılar təhlükəli biomaterial hesab edilir. Dövlət tərəfindən hər bir bölgədə utilizasiya mərkəzləri yaradılıb və həmin tibbi tullantılar fərqli rəngdə xüsusi tibbi tullantı torbalarında bu utilizasiya mərkəzlərinə göndərilir. Bundan başqa, laboratoriyada diaqnostikadan sonra atılan tibbi tullantılar var. Həmin tullantılar da xüsusi torbalarda avtoklavlarda zərərsizləşdirilir, sonra yenə utilizasiyaya göndərilir. Bütün bu proseslər müvafiq təlimat və proqramlara uyğun həyata keçirilir. Yeri gəlmişkən, digər hallarda da, tutaq ki, hepatitli xəstələr cərrahi əməliyyat edilir, onun tibbi tullantısını da təhlükəli biomaterial hesab edirik. Orada birdəfəlik istifadə edilən materiallardan istifadə olunur və bu tullantılar da idarə olunur”.

Sağlam insanların istifadə etdiyi tibbi maska və əlcəklərə gəlincə, R. Bayramlı bunların tibbi tullantı sayılmadığını söyləyib: “Çünki həmin insanlar xəstə deyil. Məsələn, evdə insanlar yemək yeyəndə salfetlə ağızlarını silirlər, gərək o zaman o salfetləri də tibbi tullantı kimi qiymətləndirək. Yalnız kimsə təsdiq edilmiş xəstə olsa, onun istifadə etdikləri tibbi tullantı hesab olunur”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR