"İranda son sutka ərzində 91 nəfər yeni növ koronavirusdan vəfat edib".
APA-nın Tehran bürosunun məlumatına görə, bunu İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur deyib.
O bildirib ki, İranda koronavirusdan vəfat edənlərin sayı 5209 nəfərə çatıb.
Nazirlik rəsmisinin sözlərinə görə, İranda son sutka ərzində 1294 nəfər koronavirusa yoluxub, xəstəliyə yoluxanların sayı 83 505 nəfərə çatıb.
K. Cahanpur qeyd edib ki, indiyədək virusa yoluxanların 59 273 nəfəri sağalıb, hazırda virus daşıyıcısı olan 3389 nəfərin vəziyyəti ağır və ya orta ağırdır.