Azərbaycanda avtomatlaşdırılmış dezinfeksiya cihazı hazırlanıb

Azərbaycanda avtomatlaşdırılmış dezinfeksiya cihazı hazırlanıb
# 17 aprel 2020 17:34 (UTC +04:00)

Azərbaycanda "TM Unit 2020" şirkəti tərəfindən avtomatlaşdırılmış İnsan Dezinfeksiya Cihazı (Human Disinfection System) hazırlanıb.

APA xəbər verir ki, avadanlıq iki hissədən ibarətdir. Birinci hissə əlləri, ikinci hissə isə üst geyim və baş hissə də daxil olmaqla 360 dərəcə dezinfeksiya edir. Dezinfeksiya cihazın hər iki tərəfindən püskürtmə yolu ilə edilir.

Avadanlıq tam avtomatlaşdırılıb və xüsusi sensorlar sayəsində 3-5 saniyədə şəxsin həm əllərini, həm də üzərini heç bir toxunma olmadan tam dezinfeksiya edir.

Qeyd edək ki, İnsan Dezinfeksiya Cihazının 100 litrlik çən tutumu var. Cihaz bir dolumuna 4000 şəxsi dezinfeksiya edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR