Bakıda avtomobil motosikletlə toqquşub, xəsarət alan var - FOTO - VİDEO

Bakıda avtomobil motosikletlə toqquşub, xəsarət alan var - FOTO - VİDEO
# 11 mart 2020 02:14 (UTC +04:00)

Bakının Nəsimi rayonunda 2 nəqliyyat vasitəsinin toqquşması nəticəsində 1 nəfər xəsarət alıb.

APA xəbər verir ki, hadisə Bəşir Səfəroğlu və Süleyman rəhimov küçələrinin kəsişməsində baş verib.

B.Səfəroğlu küçəsilə hərəkətdə olan "KİA" markalı avtomobil S.Rəhimov küçəsilə gedən motosikletlə toqquşub.

Əraziyə DYP əməkdaşları cəlb olunub. "KİA" markalı avtomobilin sürücüsü hadisə yerindən yayınmağa cəhd göstərib, lakin polis əməkdaşları sürücünü saxlayaraq polis bölməsinə aparıb.

Hadisə zamanı motosikletin sürücüsü xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR