Bank Of Baku

Yunanıstanda yanğın törətməyə görə 10-dan çox saxlanılan var

Yunanıstanda yanğın törətməyə görə 10-dan çox saxlanılan var
# 10 avqust 2021 04:41 (UTC +04:00)

Yunanıstanda yanğından mühafizə xidmətinin təhqiqatçıları üç gün ərzində həm qəsdən, həm də ehtiyatsızlıqdan yanğın törədən 10-dan çox adamı həbs ediblər.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə xidmətdən bildirilib.

Yanğın törədən şəxslər əsasən Korfu, Larisa və Pirey yaxınlığında, Afinanın mərkəzində və ən şiddətli meşə yanğınlarından birinin qeydə alındığı Kalamatada saxlanılıb.

Yanğından mühafizə xidməti bir sıra digər həbslərin olduğunu da açıqlayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR