Bakı-Sumqayıt yolunun Xırdalan şəhərindən keçən ərazisində yol-nəqliyyat hadisəsi qeydə alınıb.
APA-xəbər verir ki, "Az Samand" markalı avtomobil qəfildən idarəetməni itirərək yolun kənarında qoyulmuş panelə çırpılıb. Hadisə nəticəsində sürücü xəsarət alıb.
Qəza nəticəsində yolda sıxlıq yaranıb.
Faktla bağlı araşdırma aparılır.