Rusiya xarici işlər nazirinin müavini vəzifəsinə namizədlər müəyyənləşib

Rusiya xarici işlər nazirinin müavini vəzifəsinə namizədlər müəyyənləşib
# 29 iyul 2019 15:31 (UTC +04:00)

Qriqori Karasinin yerinə Rusiya xarici işlər nazirinin müavini vəzifəsinə namizədlər müəyyənləşib.

APA “Eurasia Daily”ə istinadən xəbər verir ki, bu vəzifəyə əsas namizəd Rusiyanın Ermənistandakı sabiq səfiri İvan Volınkin hesab olunur.

60 yaşlı diplomat 2009-2013-cü illərdə Rusiya XİN rəhbəri Sergey Lavrovun köməkçisi olub, 2013-2018-ci illərdə isə Rusiyanın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsini icra edib.

Qeyd edək ki, Rusiya xarici işlər nazirinin indiki müavini Qriqori Karasin bu il avqustun 23-də 70 yaşı tamam olması səbəbindən vəzifədən gedəcək. O, 2005-ci ildən bu vəzifəni icra edir. Qriqori Karasin MDB ölkələri ilə ikitərəfli əlaqələri kurasiya edir və xaricdə yaşayan Rusiya vətəndaşları ilə işləyir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR