Qayını tərəfindən döyülən Ağstafa sakini xəstəxanaya yerləşdirilib

Qayını tərəfindən döyülən Ağstafa sakini xəstəxanaya yerləşdirilib
# 04 avqust 2019 05:28 (UTC +04:00)

Ağstafa rayonunda döyülmə faktı qeydə alınıb.

APA-nın yerli bürosunun məlumatına görə, 30 yaşlı Elməddin Əsgərov müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Xəstəyə dərhal lazımi tibbi yardım göstərilib.

E.Əsgərov bildirib ki, qohumu (qaynı) tərəfindən döyülüb. Hadisə ilə bağlı polisə məlumat verilib. Faktla bağlı Ağstafa rayon polis şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR