Assosiasiya direktorunun məhkəməsi başlayır

Assosiasiya direktorunun məhkəməsi başlayır
# 08 iyul 2019 10:24 (UTC +04:00)

“Qarabağ” Sudan İstifadə Edənlər Assosiasiyanın direktoru vəzifəsində işləmiş Tərtər rayon sakini, 1959-cu il təvəllüdlü Telman Səlimovun barəsində daha bir cinayət işi başlanılıb.

APA-nın məlumatına görə, direktor barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə cinayət işi qaldırılıb.

Cinayət işi üzrə iki nəfər zərərçəkən kimi tanınıb.

T. Səlimov barəsində aparılan ibtidai istintaq başa çatıb. Cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib və hakim Siyavuş Hacıyevin icraatına verilib.

Qeyd edək ki, Telman Səlimov 27 may 2005-ci ildə Azərbaycan Respublikası Vergilər Nazirliyi 11 saylı Ərazi Vergilər Departamentində vergi ödəyicisi kimi qeydiyyatdan keçmiş “Qarabağ” Sudan İstifadə Edənlər Assosiasiyanın direktoru vəzifəsində işləyib.

Telman Səlimov bundan əvvəl də eyni əməllərə görə məhkumluq həyatı yaşayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR