Rusiyanın paytaxtı Moskva şəhərinin əhalisinə gəzintiyə çıxmaq icazəsinin verilməsi planlaşdırılır. Lakin hələlik bu, test rejimində, xüsusi qrafik üzrə olacaq.
APA-nın TASS-a istinadən verdiyi məlumata görə, bunu Moskva şəhərinin meri Sergey Sobyanin deyib.
"Biz bunu test rejimində etməyi və müəyyən evlərdə yaşayan vətəndaşların gəzintiyə gedə biləcəyi cədvəlinin hazırlanmasını təklif edirik", - deyə Moskva meri qeyd edib.