Sosial şəbəkələrdə iki azərbaycanlının Ermənistanın paytaxtı İrəvan şəhərindən yeni çəkdiyi video-görüntü yayılıb.
APA xəbər verir ki, kimliyi məlum olmayan həmin şəxslər paytaxtın mərkəzində video-çəkiliş aparıblar. Çəkilişdə iki nəfərin Azərbaycan və rus dillərində danışıqları aydın eşidilir.
Çəkilişi aparan şəxslərdən biri rus dilində bunları söyləyir: “Biz yenə də qədim şəhərimiz olan İrəvandayıq. Pandemiya səbəbindən heç yerə çıxa bilmirik.
Həmvətənlərimizi 28 May – Respublika günü münasibətilə təbrik edirik. Söz verirəm ki, növbəti video Şuşada çəkiləcək. Ermənistan xüsusi xidmət orqanlarından olan cənablara isə demək istəyirəm ki, siz heç işləyə bilmirsiniz”.