Naftalanda piyadanın vurulması ilə nəticələnən yol qəza baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, 2010-cu il təvəllüdlü Seyid İlqar oğlu Yusibov velosiped sürən zaman onu "VAZ 2115" markalı avtomobil vurub.
Azyaşlı xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.