Naxçıvanın icra hakimiyyəti orqanları tərəfindən lisenziya verilən fəaliyyət növlərinin siyahısına dəyişiklik edilib

Naxçıvanın icra hakimiyyəti orqanları tərəfindən lisenziya verilən fəaliyyət növlərinin siyahısına dəyişiklik edilib
# 12 iyun 2020 18:28 (UTC +04:00)

Naxçıvan Muxtar Respublikasının icra hakimiyyəti orqanları tərəfindən lisenziya verilən fəaliyyət növlərinin siyahısına dəyişiklik edilib.

APA-nın məlumatına görə, bu, Prezident İlham Əliyev tərəfindən bu gün imzalanan Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 21 dekabr tarixli 713 nömrəli Fərmanı ilə təsdiq edilmiş 4 nömrəli Əlavə – “Naxçıvan Muxtar Respublikasının icra hakimiyyəti orqanları tərəfindən lisenziya verilən fəaliyyət növlərinin siyahısı”nda dəyişiklik edilməsi ilə bağlı fərmanda əksini tapıb.

Fərmana əsasən, Naxçıvan Muxtar Respublikasının icra hakimiyyəti orqanları dövlət peşə təhsili müəssisələri istisna olmaqla, peşə təhsili müəssisələrinə, dövlət orta ixtisas təhsili müəssisələri istisna olmaqla, orta ixtisas təhsili müəssisələrinə, dövlət ali təhsil müəssisələri istisna olmaqla, ali təhsil müəssisələrinə, dövlət əlavə təhsil müəssisələri istisna olmaqla, əlavə təhsil müəssisələrinə lisenziya verəcək.

İndiyə qədər Naxçıvan Muxtar Respublikasının icra hakimiyyəti orqanları tərəfindən lisenziya verilən fəaliyyət növlərinin siyahısına peşə təhsili müəssisələri, orta ixtisas təhsili müəssisələri, ali təhsil müəssisələri, əlavə təhsil müəssisələri daxil idi.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR