Qazaxda çayda batmış məktəblinin meyiti tapılıb - YENİLƏNİB

Qazaxda çayda batmış məktəblinin meyiti tapılıb - <span style="color: red;">YENİLƏNİB
# 31 may 2018 17:44 (UTC +04:00)

Qazaxda Ağstafaçayda batmış məktəblinin meyiti tapılıb.

APA-nın qərb bürosunun xəbərinə görə, meyit sudan çıxarılıb.

Batan şəxs Bakıdan Qazaxa qonaq gələn 2004-cü il təvəllüdlü Mustafayev Elnar Murad oğludur.

*** 18.44

Qazaxda Ağstafaçayda məktəblinin batdığı ehtimal olunur.

APA-nın qərb bürosunun xəbərinə görə, çayın Qazax şəhərindən keçən hissəsində 13-14 yaşlı oğlanın paltarları tapılıb.

Şahidlər bir müddət əvvəl bir neçə məktəblinin çayda çimdiyini görüblər. Hazırda çay kənarında tapılan paltarların kimə məxsus olduğu araşdırılır.

Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR