“Demək olar ki, oyuna pis başlamadıq”.
Apasport.az saytının məlumatına görə, bunu “Sabah”ın baş məşqçisi Visente Qomes Azərbaycan Premyer Liqasının IX turunda “Zirə” ilə keçirilən oyundan sonrakı mətbuat konfransında deyib.
“Bank Respublika Arena”da 0:1 hesablı yenilgiyə məruz qalan “Sabah” ardıcıl 6-cı məğlubiyyətini alıb. İspaniyalı mütəxəssis qısa şərhdən sonra sualları cavablandırıb: “Penalti epizodumuz oldu, yararlana bilmədik. Slavik Alxasov və Filip İvanoviçin zədələnməsi oyunumuza təsir etdi. Rəqib qol vurdu və qələbə qazandı”.
- Ardıcıl 6 oyundur ki, məğlub olursuz. Bunun səbəbini nədə görürsüz?
- Bu situasiyada nəsə demək çətindir. Penalti epizodumuz olur, yararlana bilmirik. Sonra rəqib sadə epizodda fərqləndi. Məğlubiyyətlərə səbəb qol imkanlarımızdan yararlana bilməməyimizdir. Son 4 oyunda yaratdığımız şanslardan fərqlənə bilmiriksə, bu, çətin bir şeydir, inanılmazdır. İstədiyimiz nəticəni əldə edə bilmədik, çox üzgünəm.
- Bu gün Ramil Şeydayev mərkəz hücumçusu kimi oynadı. Əvvəlki matçlarda cinahlarda çıxış edirdi. Onda nə fərq gördüz?
- Ötən görüşdə də Ramil mərkəzdə oynamışdı. Elə də böyük fərq görmürəm.
- Hər dəfə müxtəlif bəhanələrlə məğlubiyyətlərə “don geyindirirsiz”. Sona 5 dəqiqə qalmış rəqib azlıqda idi, ancaq qapıya zərbə endirə bilmədiz. Sizə elə gəlmir ki, komanda artıq baş məşqçini qəbul etmir?
- Sizin fikrinizlə razı deyiləm. Sadəcə, son 5 dəqiqəni istədiyimiz kimi oynaya bilmədik. Bizim daha çox qol imkanımız var idi, nəinki rəqibin.
- Öz fəlsəfənizi komandaya otuzdurmağa nə mane olur?
- Bəzi şeylər var ki, onları əvvəldən həll etmək lazım idi. Mən öz fəlsəfəmi də dəyişdim ki, dinamikanı artıraq. Hazırda fəlsəfənin, sistemin önəmi qalmır. Vacib olan bizim üçün qələbədir. Hansı sistemlə, hansı fəlsəfə ilə olursa-olsun, qələbə qazanmaq lazımdır. Əvvəlcə fəlsəfəm daha çox topu saxlayan, rəqibə təzyiq edən komanda yaratmaq idi. Amma bu, turnir cədvəli üçün yaramır. Hazırkı situasiyada hər şey bizim əleyhimizədir. Nəsə edib, dinamikanı dəyişmək lazımdır.
- Qarşıda 15 günlük fasilə var. Vəziyyəti düzəltmək üçün bu vaxt kifayətdir?
- Cəhd edəcəyik, ancaq 7-8 futbolçumuz yığmanın düşərgəsində olacaq.
"Sabah"ın baş məşqçisi: “Bəzi şeylər var ki, onları əvvəldən həll etmək lazım idi”

Futbol

"Sabah" doğma meydanda Sloveniya klubuna məğlub olub

Azərbaycan yığması FİFA reytinqində geriləyib

Klublararası Dünya Çempionatı: PSJ "Real"ı darmadağın edərək, ikinci finalçı olub

"Lion"un aşağı liqaya düşmə qərarı ləğv edilib
Xəbər Lenti
Bu il Azərbaycanın magistral kəmərləri ilə 20 mlrd. kubmetrdən artıq qaz nəql olunub
Rusiya Polşanın Kalininqraddakı konsulluğunu bağlayır
Göyçayda ev yanıb - FOTO - YENİLƏNİB
Əcnəbi səyyahlar “Hoçazfilm” yaradıcılıq studiyası ilə tanış olublar - FOTO - VİDEO
Azərbaycanda kimya sənayesi məhsullarının istehsalı 12%-dək artıb - CƏDVƏL
ABŞ Dövlət Departamenti ixtisarlara başlayıb
Vüsalə Mahirqızı ilə “Media peşəkarlığı və yeni nəsil jurnalistika” mövzusunda görüş olub
Şəmkirdə otla dolu yük maşını yanıb - FOTO
Bakıda 10 kq narkotik dövriyyədən çıxarılıb - VİDEO
Azərbaycanda avtomobil benzininin və dizelin istehsalı azalıb - CƏDVƏL
Azərbaycanda bu il 17,7 mlrd. manatlıq neft və qaz hasil olunub - CƏDVƏL
Azərbaycanda kino sənayesi üzrə 7-8 yerli şirkətin ixtisaslaşacağı gözlənilir
“Gələcəyin mediası: “Əkinçi”nin izi ilə” adlı forum keçirilib - FOTO
Nazir: Superkompüter infrastrukturu iqtisadi proqnozları daha dəqiq hazırlanmasını təmin edəcək
AMB “Xalq Sığorta” və “Azərbaycan Sənaye Sığorta”ya məcburi sərəncam verib
Azərbaycanda əhalinin gəlirləri 7%-ə yaxın artıb
Baş direktor: Kino istehsal xərclərinin 40%-dək hissəsi geri ödəniləcək
Qarşıdakı 4 gündə havanın maksimal temperaturu 41 dərəcəyə çatacaq - XƏBƏRDARLIQ
“Öyrən, xilas et!” layihəsi çərçivəsində təlimlərə yekun vurulub - FOTO
Azərbaycanda ölüm halları azalıb
Yanvar-may aylarında ölkədə 1264 əkiz, 57 üçəm doğulub
Azərbaycanda doğulan körpələrin sayı açıqlanıb
Nikahların sayı artıb, boşanmalar azalıb
Azərbaycan əhalisinin sayı açıqlanıb
Sosial xidmət müəssisələrinə nəzarət üçün Monitorinq qrupu yaradılıb
Prezidentin Protokol Xidməti üçün vahid indeks müəyyənləşib
"İmarət” Tarix-Memarlıq Muzey Kompleksinin hüquqi statusu müəyyənləşib
Nazir: Ölkəmizin yeni iqtisadi modeli enerji ilə deyil, rəqəmsallaşma ilə formalaşır
"City Garden Narimanov"da təmirli, köçməyə hazır mənzillər satışdadır - "Kristal!"
IEA 2025-2026-cı illər üçün neftə tələbat artımı proqnozunu azaldıb
Rubio: ABŞ və Çin liderlərinin görüş ehtimalı yüksəkdir
Kreml Lavrovun Rubioya çatdırdığı təkliflərin mahiyyətini açıqlamayacaq
Azərbaycanın daha iki abidəsi UNESCO-nun Dünya İrsinin İlkin Siyahısına daxil edilib
Beynəlxalq Enerji Agentliyi Azərbaycanda gündəlik neft hasilatının həcmini açıqlayıb
Dağıstanın Azərbaycanla sərhəd rayonunda içməli sudan kütləvi zəhərlənmə olub
Xocalıda körpə övladları ilə girov götürülmüş qadın: Yaşyarımlıq oğlum başından qəlpə xəsarəti aldı
Tərksilah olanlar arasında PKK-nın yüksək səviyyəli lideri Bese Hozat da var
ING: Ermənistanla münasibətlərin normallaşması Azərbaycana xarici investor marağını artıracaq
PKK-çıların tərksilah olmasının GÖRÜNTÜLƏRİ - YENİLƏNİB-1
Azərbaycanda orta aylıq əməkhaqqı 1095 manata çatıb
Türkiyəli general Azərbaycanda səfərdədir
Bu il Azərbaycanda ÜDM 1,5% artıb
Azərbaycana ötən il neft-qaz sazişləri üzrə 778 mln. manatdan çox bonus ödənilib
Şəmkirdə yeznəsini güllələməkdə təqsirləndirilən şəxsə 2 il cəza verilib
Neft və qazın Azərbaycan ərazisi ilə ötürülməsindən əldə edilən gəlir açıqlanıb
Dövlət Neft Fondunun 2024-cü il büdcəsinin gəlir və xərcləri məlum olub
2024-cü il dövlət büdcəsinin icrasına dair qanun təsdiqlənib
Rusiyanın daha bir yüksək rütbəli hərbçisi Ukrayna ilə müharibədə öldürülüb
AccessBank və Xəzər Universitetindən birgə inkişaf təşəbbüsü