Qəbirstanlıqda bacısının başını kəsərək öldürən şəxsin məhkəməsi başlayır

Qəbirstanlıqda bacısının başını kəsərək öldürən şəxsin məhkəməsi başlayır
# 11 mart 2020 09:06 (UTC +04:00)

Abşeronda bacısının başını kəsərək qətlə yetirməkdə təqsirləndirilən Babək Fərzəliyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb. 

APA-nın məlumatına görə,  təqsirləndirilən şəxs barəsində toplanan cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. 

Cinayət işi hakim Səbuhi Hüseynovun icraatına verilib. 

Qeyd edək ki,  hadisə ötən il noyabrın 24-də Abşeron rayon Ceyranbatan qəsəbəsində yerləşən qəbirstanlıqda baş verib. 

1996-cı il təvəllüdlü Babək Fərzəliyev 1999-cu il təvəllüdlü bacısı Aytən Fərzəliyevanı öldürüb. 

İlkin istintaqla məlum olub ki, Babək Fərzəliyev Abşeron rayonu, Ceyranbatan qəsəbəsi ərazisində yaxın qohumlarının məzarını ziyarət edərkən qısqanclıq zəminində aralarında yaranmış mübahisə zamanı özü ilə gətirdiyi bıçaqdan istifadə edərək A.Fərzəliyevaya çoxsaylı xəsarətlər yetirib, daha sonra başını kəsib.  

B. Fərzəliyev hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR