Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycana fiziki şəxslər tərəfindən 318 498,93 min ABŞ dolları dəyərində məhsul idxal olunub.
“APA-Economics” bu barədə Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu göstərici də ötən ilin eyni dövrü ilə müqayisədə 69 994,65 min dollar və ya 28% çoxdur.
Hesabata əsasən, ölkəyə cəmi idxal əməliyyatlarının 9,42%-i məhz fiziki şəxslər tərəfindən həyata keçirilib.
Bildirək ki, hesabat dövründə fiziki şəxslər tərəfindən ixracın dəyəri isə 14 329,23 min ABŞ dolları təşkil edib ki, bu da cəmi ixracın 0,23% deməkdir. İxrac əməliyyatlarının həcmində də illik müqayisədə 2 670,99 min dollar və ya 15,7% azalma müşahidə olunub.
Qeyd edək ki, bu ilin yanvar-aprel aylarında Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi 2019-cu ilin eyni dövrü ilə müqayisədə 16,8% azalaraq 9 688,2 mln. ABŞ dolları təşkil edib. Bu müddətdə Azərbaycan xarici ölkələrə 6 306,4 mln. dollar dəyərində məhsullar ixrac edib, idxalın həcmi isə 3 381,8 mln. dollar olub. Nəticədə, 2 924,6 mln. dollarlıq müsbət ticarət saldosu yaranıb.