Azərbaycan yığmasının baş məşqçisi: “Heç bir səhvə yol vermədik”

Azərbaycan yığmasının baş məşqçisi: “Heç bir səhvə yol vermədik”
# 22 may 2019 11:09 (UTC +04:00)

“Bizim üçün asan oyun olmadı. Rəqibin heyətində meydana çıxan bəzi oyunçular əsas komandanın üzvləridir”.

ONA-nın məlumatına görə, bunu 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Milan Obradoviç deyib.

O, Sloveniyada təşkil olunan təlim-məşq toplanışı çərçivəsində Xorvatiyanın “Slaven Belupo-2” komandasına qarşı keçirilən yoxlama oyunu (1:1) barədə fikirlərini affa.az-a açıqlayıb: “Onlar çempionatda mütəmadi oynayan kifayət qədər təcrübəli futbolçulardır. İlk hissədə hesabda geri düşdük. Rəqib fasiləyədək cəmi bir qol imkanı yaratdı, ondan da maksimum istifadə etdi. İkinci hissə isə bizim üstünlüyümüz şəraitində keçdi, oyun intizamından qopmadıq. Fasilədən sonra oyuna və topa tam nəzarət edə bildik. Xüsusən, müdafiədə yaxşı çıxış etdik, heç bir səhvə yol vermədik. Rəqib kobud oyuna üstünlük versə də, biz sonadək mübarizə apardıq, əsl əzmkarlıq nümayiş etdirdik və lazım olan qolu vurduq”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR