OPEC istehsalın azaldılması üzrə razılaşmanı uzatmaq niyyətindədir

OPEC istehsalın azaldılması üzrə razılaşmanı uzatmaq niyyətindədir
# 01 iyul 2019 14:24 (UTC +04:00)

Bu həftə OPEC və müttəfiqlər tərəfindən neft hasilatının azaldılması razılaşmasının uzadılması gözlənilir. İran da öz tərəfindən razılaşmanın uzadılmasının tərəfdarıdır. Bu barədə “APA-Economics”i xarici mətbuata istinadən xəbər verir.

İranın neft naziri Bijan Zəngənə sözlərinə görə, o razılaşmanın 6-9 ay uzadılması təklifini dəstəkləyəcək.

"Bu, çox asan bir görüş olacaq, çünki mənim mövqeyim çox aydındır", - deyə B. Zəngənə qeyd edib.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin Rusiyanın açıqlamasına görə, Rusiya ilə Səudiyyə Ərəbistanı neft hasilatının azaldılmasına dair müqavilənin altı aydan doqquz aya qədər uzadılması barədə razılığı artıq əldə ediblər.

Xatırladaq ki, OPEC, Rusiya və OPEC+ ölkələri bazarda vəziyyəti tənzimləmə məqsədi ilə 1 yanvar tarixindən 6 ay müddətinə gündəlik hasilatın 1,2 mln. barel azaldılması barədə razılaşıb. Dünən razılaşmanın vaxtı bitib.

Bu gün Vyanada OPEC ölkələrinin iclası keçiriləcək. Qeyri-OPEC ölkələrin görüşü isə iyulun 2-də baş tutacaq. Görüş zamanı tərəflər OPEC+ çərçivəsində neft hasilatının azaldılmasına dair sövdələşmənin uzadıb-uzadmaması barədə bir qərara gəlməlidirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR