Baş redaktorun apelyasiya şikayəti təmin edilməyib

Baş redaktorun apelyasiya şikayəti təmin edilməyib
# 04 iyul 2019 10:14 (UTC +04:00)

Hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilən “Qafqaz” xəbər agentliyinin baş redaktoru Mahmud Tağıyevin barəsində olan hökmdən apelyasiya şikayəti üzrə məhkəmə başa çatıb.

APA-nın məlumatına görə, Bakı Apelyasiya Məhkəməsində hakim Rizvan Səfərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara əsasən, M. Tağıyevin şikayəti təmin edilməyib.

Qeyd edək ki, M. Tağıyev ötən il həbs edilib. İstintaq orqanı tərəfindən ona Cinayət Məcəlləsinin 182.3.2-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham elan olunub.

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində “ŞURATAZ LTD” MMC-yə faktiki rəhbərlik edən Xaliq Nəriman oğlu Abbasov və “Nort Vest Konstrakşn” MMC-nin icraçı direktoru Elçin Tofiq oğlu Bədəlov, həmçinin daha iki nəfər tanınıb. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmlü ilə M. Tağıyev 12 il müddətə azadlıqdan məhrum edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR