Gürcüstanda inflyasiya son beş ayın ən yüksək həddinə çatıb

Gürcüstanda inflyasiya son beş ayın ən yüksək həddinə çatıb
# 03 iyun 2019 12:01 (UTC +04:00)

Bu ilin may ayında Gürcüstanda inflyasiya 4,7% təşkil edib ki, bu da cari ilin son beş ayında ən yüksək göstəricidir.

ONA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika Ofisinin hesabatında məlumat verilib. Hesabatda qeyd olunub ki, bu ölkədə ən çox qiymət artımı əsasən tütün məmulatları və alkoqollu içkilərdə müşahidə edilib – 21,1%. Qida məhsullarının qiymətində isə illik artımın 7,9% təşkil etdiyi bildirilib.

Hesabatda qeyd olunub ki, Gürcüstanda turizm və rekreasiya zonalarının qiymətində 4,6% artım olub. Əyləncə və mədəni xidmətlərdə isə qiymət artımı 6,4% faiz qeydə alınıb. Tibbi məhsullar və avadanlıqların qiymətində 4,5%, tibbi xidmətlərdə 2,9%, xəstəxana qiymətlərində 1,9% artım qeydə alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR