“Koronavirusa yoluxanların 76,6 faizində yüngül, 23-24 faizdə isə daha ağır simptomlar qeydə alınıb”.
APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.
R. Bayramlı deyib ki, xəstələrin 7-12 faizinin vəziyyəti ağır, 4.5 faizinin vəziyyəti isə daha ağır kimi qiymətləndirilib: “Xəstələrin 1,6 faizinin süni nəfəs aparatına ehtiyacı yaranıb”.