Arvadını amansızlıqla öldürən şəxs məhkəmə hökmündən narazıdır

Arvadını amansızlıqla öldürən şəxs məhkəmə hökmündən narazıdır
# 10 iyul 2019 10:13 (UTC +04:00)

Arvadını xüsusi amansızlıq qətlə yetirməkdə təqsirləndirilən Fazil Həsənov barəsində hökmdən apelyasiya şikayəti verib.

APA-nın məlumatına görə, təqsirləndirilən şəxs şikayətində cəzasının yüngülləşdirilməsini xahiş edib.

Şikayət Bakı Apelyasiya Məhkəməsində hakim Vaqif Mursaqulovun icraatına verilib.

Məhkəmənin hazırlıq iclası iyulun 11-nə təyin edilib.

Qeyd edək ki, ötən ilin oktyabr ayında Qubanın Ərməkiqışlaq kənd sakini F. Həsənov həyat yoldaşı Xoşqədəm Həsənovanı Bakı şəhəri, Nərimanov rayonunda kirayə qaldıqları mənzildə qətlə yetirib. O, bıçaqla həyat yoldaşının boğaz nahiyəsinə zərbələr endirib, nəticədə X. Həsənova keçinib. Qətl hadisəsi ailənin 11 yaşlı oğlunun gözü qarşısında baş verib.

F. Həsənov hadisədən sonra Ərməkiqışlaq kəndinə gedərək uşağı ata evinə qoyub və könüllü şəkildə polisə təslim olub. Onun barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqda adamöldürmə), 133-cü (işgəncə vermə) maddəsi ilə ittiham irəli sürülüb. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə F. Həsənov 19 il azadlıqdan məhrum edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR