ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi İdlib məsələsində Türkiyəyə yardımı müzakirə edəcək

ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi İdlib məsələsində Türkiyəyə yardımı müzakirə edəcək
# 10 mart 2020 06:41 (UTC +04:00)

ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Ceffri martın 10-da Brüsselə səfər edəcək və burada NATO müttəfiqləri ilə Suriyanın İdlib vilayətindəki vəziyyəti, eləcə də Türkiyəyə dəstək ehtimalını müzakirə edəcək.

APA “TASS”-a istinadən xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidməti açıqlama yayıb.

“Xüsusi nümayəndə Ceffri NATO-nun qərargahına baş çəkəcək. Burada İdlib böhranının NATO üçün fəsadlarını və təhlükəsizlik baxımından Türkiyəyə dəstək yollarını müzakirə etmək üçün müttəfiqlərlə görüşəcək”, - deyə açıqlamada qeyd olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR