Sumqayıt sakinindən odlu silah götürülüb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsinin əməkdaşları tərəfindən karantin rejimini pozduğuna görə saxlanılmış şəhər sakini, əvvəllər məhkum olunmuş N. Məmmədovdan nömrəsi silinmiş “PSM” markalı tapança, 5 ədəd patron və 1 ədəd patron darağı götürülüb.
Faktla bağlı araşdırma aparılır.