Tacikistanda daha 202 nəfərdə yeni növ koronavirus aşkarlanıb, virusdan 3 ölüm hadisəsi baş verib.
APA bildirir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Hazırda Tacikistanda koronavirusa yoluxanların sayı 1522 nəfərə çatıb. Onlardan 39-u ölüb. 493 nəfər isə sağalaraq evə gedib.