Mühafizəkarlar və leyboristlərin "Brexit"lə bağlı danışıqları nəticəsiz qalıb

Mühafizəkarlar və leyboristlərin "Brexit"lə bağlı danışıqları nəticəsiz qalıb
# 17 may 2019 10:50 (UTC +04:00)

Böyük Britaniyada Mühafizəkarlar və Leyboristlər partiyaları arasında "Brexit"lə bağlı gedən danışıqlar nəticəsiz qalıb.

ONA-nın BBC-yə istinadən verdiyi xəbərə görə, mühafizəkarların lideri, baş nazir Tereza Mey və leyboristlərin lideri Ceremi Korbin "Brexit"ə dair sazişin iyunda parlamentdə keçiriləcək səsvermədə qəbul olunması üçün müzakirələrə davam edəcəklər.

Xatırladaq ki, aprelin 2-də baş nazir Tereza Mey Leyboristlər Partiyası ilə bu məsələnin müzakirəsinə dair danışıqların başlandığını bildirmişdi.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR