Gəncədə polis ehtiyatsızlıqdan güllə yarası alıb - YENİLƏNİB-1

Gəncədə polis ehtiyatsızlıqdan güllə yarası alıb - YENİLƏNİB-1
# 03 iyul 2019 18:59 (UTC +04:00)

Gəncə sakininin yaralanması ilə bağlı hadisənin təfərrüatı məlum olub.

APA-nın yerli bürosunun xəbərinə görə, güllə yarası almış şəxsin Gəncə Şəhər Baş Polis idarəsinin Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi Şöbəsinin inspektoru, polis baş leytenantı, 36 yaşlı Vüqar Hüseynov olması müəyyənləşib.
Bildirilir ki, polis əməkdaşı odlu silahla ehtiyatsız davranıb, bu zaman qarın boşluğundan güllə yarası alıb. Xəstəxanaya yerləşdirilən yaralının vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırmalara başlanıb.

***

18.09

Gəncədə güllə xəsarəti alan şəxsin kimliyi məlum olub.

APA-nın yerli bürosunun verdiyi xəbərə görə, o, Gəncə şəhər sakini Vüqar Hüseynovdur.

Hadisə V. Hüseynovun yaşadığı evin qarşısında olub.

***

Saat 17:22

Gəncə sakini güllə yarası alıb.

APA-nın yerli bürosunun xəbərinə görə, Əhməd Cəlil küçəsində naməlum şəxs güllə yarası ilə xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Araşdırmalara başlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR