Biləsuvarda qanunsuz ov edən şəxs saxlanılıb - FOTO

Biləsuvarda qanunsuz ov edən şəxs saxlanılıb - FOTO
# 03 fevral 2020 10:55 (UTC +04:00)

Biləsuvarda qanunsuz ov faktı aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan APA-nın cənub bürosuna verilən məlumata görə, Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının qanunsuz ovun, mülki silahın daşınması qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə keçirdikləri tədbirlər nəticəsində Mahmudçala adlanan ərazidə qanunsuz ov edən rayonun Xırmandalı kənd sakini Bayram Teymurov saxlanılıb. Həmin şəxsdən müvafiq sənədləri olmayan İj-43 markalı ov tüfəngi, ov üçün nəzərdə tutulmuş səs qurğusu və 4 ədəd ov quşu aşkar edilərək götürülüb.

B. Teymurov barəsində İnzibati Xətalar Məcəlləsinin 272.3-cü (Ov qaydalarının kobud şəkildə pozulması) maddəsi ilə inzibati protokol tərtib olunaraq baxılması üçün Biləsuvar Rayon Məhkəməsinə göndərilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR