İtaliya Futbol Federasiyası A seriyasında mövsümün sonunu avqustun 2-dək təxirə salmağa razılıq verib.
Apasport.az saytının məlumatına görə, bu, UEFA-nın İcraiyyə Komitəsinin videotoplantısından sonra gerçəkləşib.
Qitə futbol qurumu milli çempionatların avqustun 3-dək başa çatdırılması tələbi qoyub. Öncədən yarışı iyunun 30-dək başa çatdırmağı planlaşdıran federasiya daha 33 gün əldə edib.
A seriyası klublarının mayın 4-də karantin şərtləri yüngülləşdirildikdən sonra başlayacağı gözlənilir. Çempionatın mayın sonunda və ya iyunun əvvəlində bərpası proqnozlaşdırılır.