Bakının Binəqədi rayonunda yol qəzası baş verib.
APA xəbər verir ki, hadisə Binəqədi və Sumqayıt şosselərinin kəsişməsində qeydə alınıb.
Belə ki, 1987-ci il təvəllüdlü Müseyibov Kamran idarə etdiyi “VAZ 2106” markalı avtomobillə yol nişanının tələbini pozub. Sumqayıt şossesində olan “Changan” markalı nəqliyyat vasitəsi ona çırpılıb. Nəticədə “VAZ 2106”da olan sürücü K.Müseyibov və sərnişin, 1988-ci il təvəllüdlü Xəyasov Natiq ağır bədən xəsarətləri alıb.
Yaralılar 1 saylı şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.