Restoranların xidmət personalına bəxşişlər bu cür ödəniləcək ®

Restoranların xidmət personalına bəxşişlər bu cür ödəniləcək ®
# 19 may 2020 18:12 (UTC +04:00)

Paytaxtda bir çox ictimai iaşə məkanlarının fəaliyyətini bərpa etməsi ilə həm sahibkarların, həm də müştərilərin Azərbaycan Beynəlxalq Bankının ölkədə ilk olaraq tətbiq etdiyi maraqlı bir xidmətə bankın hələ fevraldan müştərilərin istifadəsinə verdiyi “BƏXŞİŞ” xidmətinə ehtiyacları artıb.

APA-Economics”in banka istinadən verdiyi xəbərə görə, sahibkarlar bu xidmətə qoşulmaqla müştərilərinin işini asanlaşdıra bilərlər. Belə ki, bu xidmət ödənişlərini nağdsız aparan müştərilərə restoran və kafelərdə hesabdan əlavə ofisiantlara bəxşişlərini də kart vasitəsilə ödəmək imkanı yaradır.

Keyfiyyətli xidməti ilə müştəri məmnuniyyəti yaradan xidmət personalına sifarişin haqqından əlavə bəxşişin də ödənilməsi əksər ölkələrdə olduğu kimi Azərbaycanda da geniş yayılmış ənənədir. Amma, əksər hallarda ölkəmizdə müştərilər restoranlarda bəxşiş verməkdən ötrü nağd puldan istifadə etməli olurdular. Çünki Azərbaycanda bu cür ödənişləri nağdsız aparmaq mümkün deyildi. Azərbaycan Beynəlxalq Bankı isə yeni funksiyanın tətbiqinə başlamaqla bu məhdudiyyəti aradan qaldırıb. Bankla tərəfdaşlıq edən bəzi xidmət məkanlarında (“Mangal Steak House”, “Nar&Sharab”, “Mozzarella”, “Argentina Steak House”, “St. Nizami 62”) bu funksiya artıq işləkdir. Xidmətdən yararlanmaq istəyən digər ictimai iaşə məkanlarının sahibləri də bu xidmətin üstünlüklərindən faydalanmaq üçün Azərbaycan Beynəlxalq Bankının 937 nömrəli Məlumat Mərkəzinə müraciət edə bilər.

“BƏXŞİŞ” xidmətindən istifadə belə baş verir: müştəri sifarişinin haqqını kartla ödədikdən sonra istəyinə uyğun olaraq POS-terminaldakı “BƏXŞİŞ” menyusuna keçid alır. Ödəmək istədiyi bəxşişin faiz dərəcəsini göstərib əməliyyatı tamamlayır. Bu yenilik müştəri məmnuniyyəti yaradır və nağdsız ödəniş ənənələrinin inkişafına töhfə verir.

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 37 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi “Facebook” səhifəsindən əldə etmək olar.

Qeyd edək ki, dünəndən etibarən paytaxtımızda bir çox ictimai iaşə məkanları fəaliyyətini bərpa edib. Restoran və kafelər də qapılarını karantin günlərində bu məkanlar üçün darıxmış müştərilərin üzünə açıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR