Əflatun Amaşov Fuad Abbasovla görüşüb

Əflatun Amaşov Fuad Abbasovla görüşüb
# 29 iyun 2019 15:28 (UTC +04:00)

Mətbuat Şurasının sədri Əflatun Amaşov Rusiyadan deportasiya olunan jurnalist Fuad Abbasovla görüşüb.

APA-nın xəbərinə görə, bu barədə Ə. Amaşov özünün “Facebook” səhifəsində məlumat verib.

MŞ sədri F. Abbasovun ağır günlərində onu tək buraxmayan Azərbaycan dövlətinə və Mətbuat Şurasına minnətdarlıq etdiyini bildirib: “Fuadla gələcək planlarını da birlikdə müzakirə etdik. İnanıram ki, haqq öz yerini tapacaq və tanınmış jurnalist indiyədək edə bilmədiklərini özünün Misra TV internet telekanalında gerçəkləşdirəcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR