İspaniyada son 24 saat ərzində yeni növ koronavirusa 5252 yoluxma qeydə alınıb, 585 nəfər vəfat edib.
APA-nın xəbərinə görə, bu barədə İspaniya Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, İspaniyada koronavirusa yoluxanların sayı 188 068, xəstəlikdən ölənlərin sayı isə 19 715 nəfərə çatıb.