ABŞ Prezidenti və Şimali Koreya lideri danışqlar üçün nümayəndə heyətləri formalaşdıracaq

ABŞ Prezidenti və Şimali Koreya lideri danışqlar üçün nümayəndə heyətləri formalaşdıracaq
# 30 iyun 2019 12:36 (UTC +04:00)

ABŞ Prezidenti Donald Tramp və Şimali Koreya lideri Kim Çen İnin Şimali Koreya ilə Cənubi Koreyanı ayıran hərbsizləşdirilmiş zonada görüşü başa çatıb.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, D. Tramp K. Ç. İnlə müəyyən detalları razılaşdırmaq üçün danışıqlar üzrə komandalar formalaşdıracaqlarını bildirib.

D. Tramp iki ölkənin nümayəndə heyətlərinin iki-üç həftə ərzində görüşəcəklərini nəzərə çatdırıb.

ABŞ Prezidenti deyib ki, ABŞ dialoqu yalnız Şimali Kloreyanın nüvəsizləşdirilməsi məsələsi üzərində qurmağı planlaşdırmır: "Sürət məqsəd deyil".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR