Xətai rayonunda 50 yaşlı kişi bıçaqlanıb

Xətai rayonunda 50 yaşlı kişi bıçaqlanıb
# 01 iyun 2019 01:57 (UTC +04:00)

Bakının Xətai rayonunda bıçaqlanma hadisəsi baş verib.

1969-cu il təvəllüdlü Hüseynov Naqif Əli oğlu naməlum şəxs və ya şəxslər tərəfindən bıçaqlanıb.

Yaralı dərhal xəstəxanaya yerləşdirilib. Ona bədənin çoxsaylı kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub. Vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR