Bakıda keçmiş arvadını öldürən şəxsin istintaqı başa çatıb

Bakıda keçmiş arvadını öldürən şəxsin istintaqı başa çatıb
# 11 mart 2020 09:10 (UTC +04:00)

Bakıda keçmiş arvadını qətlə yetirməkdə təqsirləndirilən Emin Hüseynovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

APA-nın məlumatına görə, təqsirləndirilən şəxs barəsində toplanan cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Əfqan Hacıyevin icraatına verilib.

Qeyd edək ki, hadisə ötən il Xəzər rayonu Buzovna qəsəbəsində qeydə alınıb.

Bakı şəhər sakini Emin Hüseynov qısqanclıq zəminində keçmiş həyat yoldaşı, 1977-ci il təvəllüdlü Hüseynova Nurəngiz Nadir qızının yaşadığı evdə girərək qadına çoxsaylı bıçaq zərbələri vurub. Qadın xəstəxanaya yerləşdirilsə də, bir necə gün sonra ölüb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR