DANX: Gücləndirilmiş iş rejimi sabaha qədər davam edəcək

DANX: Gücləndirilmiş iş rejimi sabaha qədər davam edəcək
# 29 may 2019 13:15 (UTC +04:00)

UEFA Avropa Liqasının final oyunu ilə əlaqədar Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti (DANX) gücləndirilmiş iş rejimində çalışacaq.

DANX-dan ONA-ya verilən məlumata görə, ölkənin 62 avtovağzal və avtostansiyası bu gün ən sıx qrafikini yaşayır.

Bildirilib ki, ümumilikdə respublika üzrə həm beynəlxalq, həm də yerli daşımalara görə 100-ə yaxın əlavə avtobus xəttə buraxılıb: “Gücləndirilmiş iş rejimi sabaha qədər davam edəcək. “Bakı Taksi Xidməti” MMC-nin London taksiləri ilə bir qrup fiziki məhdudiyyətli azarkeşin də Olimpiya Stadionuna pulsuz daşınması təmin olunacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR