Azərbaycan neft məhsullarının ixracını 19% artırıb

Azərbaycan neft məhsullarının ixracını 19% artırıb
# 27 iyul 2018 08:00 (UTC +04:00)

2018-ci ilin ikinci rübündə neft məhsullarının ixracında 19% artım qeydə alınıb.

"APA-Economics"in məlumatına görə, bu barədə 2018-ci ilin II rübü üzrə qazma, hasilat və ixrac göstəriciləri SOCAR-ın açıqladığı məlumatda qeyd olunub.

Məlumatda bildirilib ki, ötən ilin aprel-may-iyun aylarında 350 min tona yaxın neft məhsulu ixrac olunubsa, bu il həmin göstərici 410 min tondan yüksək olub. Bu dövrdə dizel yanacağının ixracı təqribən 48%, mütləqləşdirilmiş izopropil spirti 69%, maye piroliz qətranı 27%, propilen 30%, butilen butadien fraksiyasının ixracı isə 37% artıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR