Böyük Britaniyada son sutka ərzində 464 nəfər yeni növ koronavirusdan (COVID-19) vəfat edib.
APA-nın Britaniya mətbuatına istinadən verdiyi xəbərə görə, ölkədə indiyədək koronavirusdan ölənlərin sayı 30 540 nəfərə çatıb.
Bildirilib ki, ölənlərin yaşı 28-100 aralığında dəyişir.
Britaniyada indiyədək 200 000-dən çox şəxs virusa yoluxub.